Fransız əsgərlərindən YPG/PKK-ya ARTİLLERİYA DƏSTƏYİ

Terror təşkilatı YPG/PKK-ya dəstəyini davam etdirən Fransız xüsusi təyinatlı qüvvələri, Suriyanın İraqla sərhədində terrorçuların işğalındakı əraziyə altı artilleriya batareyası qurub.
Yerli mənbələrə görə, YPG/PKK-ya dəstək verən Fransız əsgərləri, Deyrizor rayonunun İraq sərhədindəki Baguz kəndinin şimalına altı artilleriya batareyası quraraq atışlara başlayıb.
Bölgə əməliyyatlarında YPG/PKK ilə əməkdaşlıq edən Fransız əsgərləri, son dövrdə terror təşkilatı YPG/PKK-nın işğalındakı Menbic, Hasekə, Eyn İsa və Raqqadaki varlığını artırır.
FRANSIZ ƏSGƏRLƏRİNİN SURİYADAKI VƏZİYYƏTİ
Fransız xəbər agentliyi AFP, Fransa Müdafiə Nazirliyinə əsasən Fransız xüsusi təyinatlı qüvvələrinin (COS) Suriyanın şimalında YPG/PKK nəzarətindəki bölgələrdə 9 iyun 2016-cı ildən fəaliyyət göstərdiyini xəbər verib.
Bu qüvvələr sənədlərdə İraqda yerləşdiyi qeyd olunsa da, tez-tez Simelka Sərhəd Məntəqəsindən Suriyaya gedir.
Terror təşkilatıyla əməkdaşlıq edən Fransız xüsusi təyinatlı qüvvələrinin bölgədə 2 ildir yerləşən personalından başqa, bu ölkənin Quru Qoşunları Komandanlığına bağlı 1-ci Dəniz Piyada Paraşütçü Piyada Alayı ilə Hava Qüvvələri Komandanlığına bağlı 10-ci Paraşüt Desant qoşunları da Suriyada fəaliyyət göstərir.
Müxalifət.az