Fransız məşqçidən Türkiyəyə qarşı əsilsiz iddia

Baxış sayı:
10882

Andorra matçından əvvəl mətbuatın qarşısına çıxan Fransa Milli Futbol Komandasının məşqçisi Didier Deschamps Türkiyə ilə matçda milli marşlarının fitə basılması ilə əlaqədar suala cavab verərkən Türkiyə ilə əlaqədar əsassız iddialar edib.
 
Türkiyənin müdhiş bir oyunla son dünya çempionu olan Fransanı məğlub etməsinin əks-sədaları davam edir.
Türkiyədə oynanan bütün matçlarda milli marşların fitə basıldığını iddia edən Deschamps, "Türkiyədə milli marşımızın fitə basılması çox dadsız bir hadisədir, ancaq bu, Fransaya və bizim marşımıza qarşı xüsusi bir hadisə deyil. Türkiyədəki matçlarda bütün ölkələrinin milli komandası eyni şeyi yaşayır.. Biz ölkələrin marşlarına hörmət gözləyirik, ancaq bu səfər bu reallaşmadı, bu çox pis bir şeydir. Ümid edirəm bundan sonra belə bir şeyə şahid olmarıq" deyə bildirib.
Müxalifət.az