​Fransadan yumurta ilə bağlı tarixi qərar

Baxış sayı:
9436

Fransada 2022-ci ildən etibarən yalnız açıq havada böyüdülən toyuqların yumurtasından istifadə ediləcək.
Muxalifet.az xəbər verir ki, bu barədə Fransa kənd təsərrüfatı naziri Stefan Travert açıqlama verib.
Nazirin sözlərinə görə, Fransada 2022-ci ildən başlayaraq qapalı yerlərdə saxlanılan toyuqların yumurtalarının satışı qadağan ediləcək. Həmin ildən etibarən toyuqların açıq havada saxlanılması da məcburi olacaq.
Yerli mətbuatda yayımlanan xəbərlərdə bu qərarın tərkibində yumurta olan məmulatlara aid edilmədiyi bildirilib. Ona görə də, qapalı yerlərdə saxlanılan toyuqların yumurtalarından ancaq yumurta tərkibli məhsulların hazırlanmasında istifadə ediləcək.
Qeyd edək ki, Fransada yumurtaların 68 %-i qapalı yerlərdə saxlanılan toyuqlardan əldə edilir.