Fransadan Ermənistana DAHA BİR ZƏRBƏ

Baxış sayı:
9985

Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qondarma rejimin Fransanın ayrı-ayrı şəhər və qəsəbə bələdiyyələri ilə imzaladığı “dostluq xartiyaları” məhkəmə qərarları ilə ləğv edilir.
Fransada fəaliyyət göstərən erməni saytı “armenews.com” yazır ki, Qrenobl şəhər inzibati məhkəməsi daha 4 belə “sənəd”in ləğv edilməsi barədə qərar çıxarıb.
Bu, cari ilin mayın 29-da Fransanın Serji-Pontuaz inzibati məhkəməsinin qəbul etdiyi birinci qərarın məntiqi davamıdır.
Qeyd edək ki, həmin qərarla Fransanın Arnuvil şəhəri ilə Azərbaycanın işğal altında olan Xocavənd rayonu arasında imzalanmış “dostluq xartiyası” ləğv edilib./Publika