​Fransadan Azərbaycan xalqına dəstək

Baxış sayı:
2911

Fransanın Azərbaycandakı səfirliyi bu səhər Bakı şəhərində yerləşən Respublika Narkoloji Mərkəzində baş vermiş güclü yanğın nəticəsində 25 nəfərin həlak olması ilə bağlı Azərbaycan xalqına başsağlığı verib.
Muxalifet.az xəbər verir ki, bu barədə səfirliyin rəsmi "Facebook" səhifəsində məlumat yerləşdirilib.
"Bu səhər Bakı şəhərində Narkoloji Mərkəzində 25 nəfərin həlak olması ilə nəticələnən güclü yanğın haqqında xəbər aldıq. Fransanın Azərbaycandakı səfirliyi həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verir", - deyə məlumatda bildirilir.