Fransa-Türkiyə matçında pravakasiya - "KÜRT QATLİAMINI DAYANDIRIN" - VİDEO
15-10-2019 12:54
Baxış sayı:
6160

Xəbər verdiyimiz kimi, AVRO-2020-nin seçmə mərhələsinin VIII turun ikinci oyun günündə H qrupunda Türkiyə millisi liderliyi bölüşdüyü Fransanın qonağı olub. Matç 1:1 hesabı ilə başa çatıb.
Türkiyə komandası 1-ci pilləni qoruyub və final mərhələsi şanslarını artırıb. Maçın son anlarında isə Fransa tribunalarında matçın 86-cı dəqiqəsində provakasiya xarakterli pankart açılıb.
Pankartda "Kürt qətliamını dayandırın" yazılıb. Həmin pankart digər azarkeşlər tərəfindən tez zamanda endirilib.
"L'Equipe"in verdiyi xəbərə görə, bu hadisədən sonra qısa müddətli mübahisə yaşanıb və hadisəyə tez zamanda polis qarışıb, mübahisənin qarşısı alınıb.//Unikal