Fransa prezidentinin erməni sevgisi... – VƏ YAXUD MAKRONUN MÜSƏLMANÇILIQ HAQQINDA YANLIŞ DÜŞÜNCƏSİ

Hər dəfə internetdə Makrona baxıb fikirləşirəm: Ayə, o boyda dahilər, siyasətçilər ölkəsində adam tapa bilmədilər ki, prezident seçsinlər... Bu Makrona baxanda aşkar görünür ki, başının ölçüsü hamıda olduğu kimi 58 deyil, 48-50-dir. Bunu gizlətmək mümkün deyil. Və bu onu göstərir ki, başının razmeri meymunun başının razmeri ilə eynidir, deməli, beyninin də çəkisi 1 kq 600 qram deyil, normada 400 qram az, təqribən 1 kq 200 qramdır. Belə prezidentin senatorları da ondan artıq olmayacaq, əlqərəz...
ATƏT 1992-ci ildən bəri, guya, Qarabağ məsələsini həll etmək üçün təşkil etdiyi Minsk Qrupuna həmsədirlik edən Fransa senatının Azərbaycan əleyhinə qəbul etdiyi qərar təəssüf və hiddət doğurur. Fransız senatorların bu cür hərəkəti, əslində, gözlənilməz deyildi. Onların erməni təəssübkeşliyi hamıya bəllidir.
Özlərini mədəniyyətin və demokratyanın banisi sayan fransızların əksəriyyəti, nədənsə, müsəlman dünyasını müasirliyin qatı əleyhdarı olan qüvvə kimi görür. Dünya mültikulturalizm və pluralizm şuarı ilə çıxış edən Fransızların məsələyə bu çür yanlış münasbəti ölkədə müsəlmanlıqdan vahimənin - islamofobiyanın getdikcə güclənməsinə, müsəlmanlar arasında kecirilən müsəlmanlara qarşı təzyiqlərin artmasına real təhlükə və şərait yaradır.
Fransada yaşayan müsəlmanlar arasında keçirilən rəy sorğusunda respondentlərin çoxu, təxminən 74 faizi çalışdıqları iş yerində, ictimai yerlərdə, nəqliyyatda ticarət məkanlarında sırf müsəlman olduqları üçün müəyyən çətinliklərə və özlərinə qarşı etimadsızlıqla qarşılaşdıqlarını bildirmişlər.
Fransa 2010-cu ildən müsəlman qadınlarının küçədə hicabla gəzməsi qadağan olunub. 7 yanvar 2015-ci ildə Parısdə həftəlik nəşr olunan və islamı dəyərləri çox ağır, təhqiramiz şəkildə ələ salmaqla ad çıxarmış “Charlıl Hebodo” qəzetinin əməkdaşlarına qarşı münasibət daha da pisləşib.
Fransada təqribən 7 milyon ( təkcə Parisdə 1 milyon 800 min ) müsəlman yaşadığı guman olunur. Fransanın bir zamanlar müstəmləkəci dövlət olduğu, Yaxın Şərq və Afrikadan onun müstəmləkəsindəkilərin əksəriyyətinin müsəlman ölkələri təşkil etdiyi yaxşı məlumdur. XX əsrin birinci yarısında işğal etdiyi ərazilərlə birlikdə təxminən 13 milyon kv kilometirlik torpaq sahəsi olan Fransanın hal-hazırda 640, 7 min kv. km ərazisi fransızlar müsəlmanların islam dəyərlərinə və etiqadına dərindən bağlı olduqlarından yaxşı xəbərdardılar...
Fransızlar hesab edirlər ki, islam prinspləri müsəlmanların Avropa xalqları ilə qaynayıb-qarışması yolunda ciddi maneədir. Bu cür düşüncə tərzi fransızların bir çoxunda müsəlmanlara qarşı neqativ münasibət yaratmasına səbəb olmasıdır.
Bəzi fransız məşhurlarına görə, müsəlman ölkəsində mütamadi olaraq Fransaya mühacirət edən müsəlmanlar, nəticə etibarı ilə, demoqrafik tarazlığın pozulmasına, “bəyaz irqin” tədricən zəifləməsinə səbəb olurlar. Fransa ədəbiyyatlarında iddia edilir ki, mühacirlərin, xüsusən də Yaxın Şərqin və Afrikadan gələn müsəlmanların Fransaya gəlməsi “bəyaz irqin genasidi yayılması” və müsəlmanlar ölkəni istila edib, fransız mədəniyyətini dağıdacaq. Qatı müsəlman əleyhdaları olan Jan Kanu bəyaz irqindən olanları hamılıqla mühacir müsəlmanlara qarşı milli müqavimətə səsləyir. Frasızların bəzi bədii kitablardakı əsərləri oxuyanda təbii ki, qarşılaşdığı müsəlmanları bir dəhşət mənbəyi insanlıq və mədəniyyət düşməni kimi görəcəklər. Fransızlar müsəlmanlığı qadın ləyaqətini alcaldan və onları hüquqdan məhrum edən etiqat kimi aldıqlarından, şəriət qaydalarının Fransa mənəvi dəyərlərinə zidd gəldiyini düşündüklərindən, islamın bu olkədə mövcudluğunu mümkünsüz hesab edirlər. Fransada yaşayanların coxu belə düşünür ki, müsəlmanlıq kişilərin dominatlığına xidmət edən şovinist din olaraq qadınların əbədi diskriminasiyasına hüquqi zəmin yaradır. Onların daim iş yerlərində və evdə başıörtülü gəzməyə məcbur edilir. Başqa sözlə, fransızlara görə, hicab qadın köləliyinin simvoludur.
Parisdə müsəlmanlar üçün məscidlər olsa da rəsmi dairələr onların artmasından ehtiyatlanır.
Fransızların erməni sevgisi isə etnik qondarma yaxınlıqdır. Bu konteksdə imkan tapan kimi haqq-nahaq erməniləri dəstəkləyirlər. Mahiyyət etibarılə Fransa – erməni iqtisadi münasibətlərinin illik ticari dövriyyəsi Azərbaycanla müqayisədə (məsələn, 2014-ci ildə Azərbaycan – Fransa tiçari dövriyyəsi 1 milyad 681 milyon dollar olub) qat-qat cox olub.
Müzəffər Azərbaycan ordusu o fərasətsiz Minsk Qrupunun illərlə süründürdüyü, qəsdən dolaşığa saldığı işi 44 günə həll edən kimi Fransa təşvişə düşdü. Bəlkə də Qarabağın harda yerləşdiyini heç xəritədə tapa bilməyən, umumiyyətlə, Qarabağ məsələsinin mahiyyətindən bixəbər bir cox fransız senatı sağlam məntiqə, siyasi baxışa zidd qərar qəbul etdilər. Bu, nə operatıvlik, nə canıyananlıqdır, müsyo senatorlar?!
Göyçəlilər, zəngilanlılar, iravanlılar el-obasından didərgin ediləndə, şuşalılar, xocalılar, laçınlılar, kəlbəcərlilər, qubadlılar, cəbrayıllılar, füzulilər, ağdamlılar doğma dədə-baba yurdlarından pərən-pərən salınanda, məsum körpələr qanlarına qəltan ediləndə, qız-gəlinlərin şərəfi-iffəti alçalıdlanda, məscidlər, məzarlıqlar təhqir olunanda, Azərbaycan imdad haraylayanda sizin qulağınız, görən gözləriniz hara baxırdı? Nə ücün o zaman və sonralar 28 il ərzində himayə etdiyiniz əziz xələf ermənilərə demədiniz ki, ara, o torpaqlar sizin deyil...! Cəsarətiniz çatmadımı?...
Əlizadə NƏHMƏDAĞAOĞLU