Fələstindən ABŞ-a sərt etiraz

Baxış sayı:
11695

Fələstin dövlət başçısının sözçüsü Nebil Əbu Rudeyne ABŞ-a sərt təpki göstərib. Rudeyne "Kuşnerin açıqlamaları İslam və ərəb ümmətini, Fələstin xalqını ciddi qəbul etməmək və üsyana təhrik etmək mənasını verir" deyib. Nebil Əbu Rudeyne ABŞ prezidenti Donald Trampın kürəkəni və baş müşaviri Jared Kuşnerin Fələstin xalqının özünü idarə edə biləcəyinə etdiyi şübhə və bu istiqamətdəki açıqlamaları qəbul edilməz olduğunu ifadə edib. "Öz gələcəyini təyin edəcək olan Fələstin xalqıdır və müasir Fələstin dövlətini qurmağa başqalarından daha müqtədirdir" deyən Əbu Rudeyne, işğaldan xilas olmaq üçün başqalarının şahidliyini gözləmədiklərini qeyd edib. Qeyd edək ki, Kuşner bazar ertəsi günü etdiyi açıqlamada, Fələstinlilərin öz gələcəklərini təyin etmə haqlarının olduğunu, ancaq onların özlərini idarə etmə güclərinin olduğu mövzusunda şübhələr daşıdığını vurğulamışdı. Amerikan “HBO” televiziya kanalına reportaj verən Kuşner, Fələstin torpaqlarının bir dövlət idarəsinə keçmədən əvvəl orada bütün dinlərə qarşı xoş münasibət, mətbuat azadlığının olması və Fələstinlilərin ədalətli bir məhkəmə sisteminə sahib olması lazım olduğu şəklində açıqlama vermişdi. Müxalifət.az