​Fələstin lideri yenidən xəstəxanaya düşdü

Baxış sayı:
1702

Fələstin lideri Mahmud Abbas qulağından əməliyyat olunduqdan sonra yenidən xəstəxanaya yerləşdirilib.
Muxalifet.az xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.
Bildirilib ki, hazırda 83 yaşlı prezidentin səhhəti olduqca yaxşıdır və onun bazar ertəsi xəstəxanadan buraxılacağı gözlənilir.
Məlumata görə, M.Abbasın xəstəxanaya yerləşdirilməsi soyuqdəymə ilə əlaqədar olub.
Qeyd edək ki, Fələstin lideri bir neçə gün əvvəl əməliyat olunmuşdu.