FHN əməkdaşlarının maaşı artırıldı - SƏRƏNCAM
7-03-2018 18:53
Baxış sayı:
5846

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncamı imzalayıb.
Muxalifət.az-ın xəbərinə görə, sərəncamda qeyd edilir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularının, xüsusi rütbəsi olan əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşları 2018-ci il martın 1-dən orta hesabla 10 faiz artırılsın.
Nazirlər Kabinetinin bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.