Fermerlər traktorlarla paytaxta "hücum etdi" - ETİRAZ AKSİYASI

Baxış sayı:
655

Fransanın paytaxtı Parisdə traktorla yola çıxan minə yaxın fermer hökumətin kənd təsərrüfatı siyasətinə və beynəlxalq ticarət müqavilələrinə etiraz edib.

Etirazçılar məşhur Yelisey çölləri yaxınılğında toplanıb. Aksiya prezident Emmanuel Makronla görüşməyi tələb edən iki böyük fermer birliyi tərəfindən təşkil edilib.

Fransa prezidenti Emmanuel Makron etirazçılarla görüşməyə razılıq verənə qədər traktorlar şəhəri dolaşan magistral yolda dayanacaq. Bu barədə Associated Press agentliyinə regional fermerlər birliyinin sözçüsü Elisa Despiney məlumat deyib. Prezident aparatı isə belə bir görüşün baş tutmayacağını bəyan edib.

Fermerlər keçən il Fransanın kənd təsərrüfatını inkişaf etdirməyi nəzərdə tutan qanunu xüsusilə tənqid edib. Onlar hökumətin vəd etdiyi artan gəlirləri görmədiklərini söyləyiblər.