Felgenhauer: Rusiyanın bu sahədən qazancı BOŞBOĞAZLIQDIR
14-03-2018 10:18
Baxış sayı:
6397

Silah ixracatı elə bir şeydir ki, bunun haqqında heç kimi tam etibarlı məlumat əldə edə bilmir.
Muxalifət.az xəbər verir ki, bunu “Amerikanın səsi” radiosuna müsahibəsində rusiyalı hərbi ekspert Pavel Felgenhauer Rusiyanın son beş ildə silah ixracının azalmasını şərh edərkən deyib.
“Rusiyanın ixracatı ilə bağlı obyektiv məlumatlar, ümumiyyətlə, yoxdur. Rusiyanın silah satışından ildə 15 milyard dollar pul qazanması haqqında danışıqlar sadəcə boş laqqırtıdır. Silah razılaşmalarında əsasən həlledici məqam məhsulun keyfiyyəti yox, korrupsiya imkanlarıdır. Moskvanın burada çox böyük “rəqabət qabiliyyəti” var”, – deyə o bildirib.