Evə basqın edib, 3 nəfəri öldürdülər - Dəhşətli olay
5-07-2018 22:04
Baxış sayı:
3568

ABŞ-ın Los-Anceles şəhərinin Vestleyk ərazisində evlərdən birində silahlı basqın olub.
Muxalifet.az xəbər verir ki, baş verən silahlı atışma nəticəsində 3 nəfər ölüb, daha 3-ü isə yaralanıb.
Bildirilib ki, 2 nəfər evə daxil olaraq ABŞ-ın müstəqillik gününü qeyd edən şəxsləri güllələyib.
Olayın səbəbləri araşdırılır.