Ermənistanın Qarabağa üçüncü yol planı ilə bağlı ŞOK AÇIQLAMA

Baxış sayı:
10452

Ekspert hesab edir ki, ermənilər bu layihəni reallaşdırmaqla İranla gizli əlaqə fürsəti qazanmaq istəyirlər

 “Son vaxtlar Ermənistanda baş verən hadisələr göstərdi ki, doğrudan da böyük güclərin, xüsusilə də Rusiya və ABŞ arasında problemlərin yaşanması davam edir”.

Politoloq Arzu Nağıyev bu fikirləri Musavat.com-a Ermənistanın Azərbaycana qarşı son təxribatlarını şərh edərkən söylədi. Analitik bildirdi ki, bu təxribatların Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ABŞ-da keçirilən görüşündən sonraya təsadüf etməsi də təsadüfi deyil: “Həmin görüşə qədər atəşkəsə müəyyən qədər nail olunmuşdu. Hətta demək olar ki, itkilər də yox idi. Bu, bir qədər əvvəl də baş vermişdi. Düşənbədə Nikol Paşinyanla cənab İlham Əliyev arasındakı danışıqlardan sonra heç bir itki olmamışdı və bu proses bir müddət davam etmişdi. Son vaxtlar da ABŞ-ın nüfuzu hiss olunurdu və Ermənistanın bəzi rəsmi şəxsləri Vaşinqtonda bir sıra görüşlər keçirdi. Həmin görüşlərdə də ermənilərə müəyyən təzyiqlər olmuşdu və məsələnin həlli  müəyyən qədər müsbətə tərəf gedirdi. Sonradan atəşkəs pozulmağa başladı”.

 Politoloq Arzu Nağıyev ile ilgili görsel sonucu

A.Nağıyev görə, birmənalı şəkildə bir məsələni qeyd etmək lazımdır: “Rusiya göstərmək istəyir ki, regionda nüfuz sahibi odur, baxmayaraq ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biridir”. Politoloq əmindir ki, baş verənlər regionda nüfuz savaşının getməsinin məntiqi nəticəsidir: “Təəssüf ki, bu nüfuz savaşının da əsas motivi həm də Dağlıq Qarabağ münaqişəsidir. ABŞ Azərbaycan sərhədlərin qorunması ilə bağlı maliyyə vəsaitin ayrılması barədə anons etmişdi. Bu da təbii ki, Rusiyanı razı sala bilməz. Çünki Rusiyanın hərbi bazası hələ də Ermənistan ərazisindədir və regiona təsir etmək üçün ondan istifadə olunur. Dediyim kimi, Rusiya güclü şəkildə nüfuz savaşına girişib. Hər kəsə göstərmək istəyir ki, regionda söz sahibi özüdür”.

A.Nağıyev Ermənistandan işğal altındakı Qarabağ torpaqlarına üçüncü yolun çəkilməsi ilə bağlı ilginc fikirlər söylədi:“Bu arada rusların dolayı şəkildə nəzarət etdiyi İran-Azərbaycan sərhədinin Azərbaycan tərəfdən keçən hissəsində, Arazboyu sahədə narkotranzitin keçdiyi hissədə yolların çəkilməsi məsələsi də gündəmə gəldi. Həmçinin atəşkəs intensiv şəkildə pozulmağa başladı.  Bu günlərdə anons edilmişdi ki, İrana qarşı sanksiyalar tətbiq olunan zaman həmin yoldan istifadə etməklə İran və Ermənistan ərazisinə daşımaları həyat keçirmək olar. Təxribatlara əl atılmasının səbəblərindən biri də budur ki, bu gün Ermənistanla İran, yaxud Rusiya ilə İran arasında mühüm anlaşalar var. Əsas səbəb də ondan ibarətdir ki, nəyin bahasına olursa-olsun İrana qarşı sanksiyalarda Rusiya bir tərəfdaş kimi ABŞ-ın əleyhinə çıxış etsin. Bu da yenə regional məsələlərə gəlib dirənir. Regional məsələlərdə də əsas problem məhz Dağlıq Qarabağ məsələsidir. Ona görə də bu məsələnin həlli məhz Rusiya ilə bağlıdır”.  

Ä°lgili resim

Qeyd edək ki. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan 2020-ci ildə Dağlıq Qarabağı Ermənistanla birləşdirən üçüncü yolun çəkilişini planlaşdırdıqlarını deyib.Qeyd edib ki, bu yol Ermənistanın Qafan şəhərini işğal altındakı Hadrut rayonuna (Xocavənd) birləşdirəcək, uzunluğu 150 kilometr olacaq. Təhlükəsizlik Şurasının katibi onu da bildirib ki, hökumət yolun çəkilişi haqda qərarı artıq qəbul edib və müvafiq maliyyə tapıb. Hərçənd Ərazi İnkişaf və İnfrastruktur Nazirliyi bildirir ki, layihə hələ işlənib hazırlanma mərhələsindədir, əlavə detallar barədə açıqlama verə bilməzlər.

Ekspertin dediklərindən belə aydın olur ki, Ermənistan əslində İran ətrafında çevrənin daralması halında onun üçün “nəfəslik” rolunu oynayan İranla məxfi əlaqələr yaratmaq üçün yeni plan qurub. Bu da faktdır ki,  işğalçı ölkənin durumu ona belə iri layihəni həyata keçirməyə imkan vermir. Mümkündür ki, Ermənistanın himayədarları, yaxud erməni diasporu yol çəkilişinə maliyyə ayırsın. Rəsmi Bakı artıq məsələyə kəskin etirazını bildirib. Ancaq görünür daha kəskin addımlar atmaq lazım gələcək. Yeri gəlmişkən, Ermənistan işğal altındakı Qarabağ torpaqlarında terrorçu düşərgələri salmaqdan tutmuş, narkotranzit ərazi kimi istifadəyədək bir sıra qanunsuz planlarını həyata keçirir. İranla gizli əlaqə yaratmaq üçün çəkiləcək yol isə onun əl-qolunu daha da aça bilər. Bir məqamı da xatırladaq, aylar öncə Nikol Paşinyan demişdi ki, İrana qarşı əməliyyatlara start verilsə və bu ölkə ilə sərhədlərin bağlanması məsələsi ciddi şəkildə ortaya gəlsə, o halda çətin bir qərarla üz-üzə qalacaqlar. Deməli, indi ermənilər çıxış yolu tapıblar – Qarabağ vasitəsilə, nəzarət olunmayan ərazilərlə İranla gediş-gəlişi təmin etmək. Məntiqlə, Azərbaycana sərhədlərini möhkəmləndirmək üçün 101 milyon dollar vəsait ayıran ABŞ Bakıya ərazi bütövlüyünü təmin etmək və Arazboyu əraziləri düşməndən təmizləyib Ermənistanın niyyətini pusa çıxartmaq üçün daha ciddi dəstək verməlidir. Şübhəsiz ki, İrəvan bu layihəni Rusiyadakı çevrələrdən hərtərəfli dəstək almaqla reallaşdırmağa çalışacaq. Çünki Ermənistanın tam boğulması Rusiyaya da sərf eləmir.../musavat.com