Ermənistanın borcu açıqlandı – BÜDCƏDƏN 3 DƏFƏ ÇOX
29-05-2018 16:28
Baxış sayı:
4570

Ermənistanın dövlət borcunun miqdarı açıqlanıb.
Muxalifət.az xəbər verir ki, 2017-ci il üzrə hesabatını təqdim edən Maliyyə naziri Atom Yanyuqazyan Ermənistanın 6.675 milyard dollar borcunun olduğunu bildirib.
Nazir qeyd edib ki, borcda hökumətin payı 6.173 milyard dollardır.
Yanyuqazyan hökumətə məxsus xarici borcun 4.893 milyard dollar, qalan həcmin isə daxili borc olduğunu deyib: “Xarici borc Ümumi Daxili Məhsulun 58.8%-ni təşkil edir. Dövlət borclarının yalnız 18.4%-i dramladır”.
Qeyd edək ki, 2017-ci ildə Ermənistanın ümumi dövlət büdcəsi 3.1 milyard dollar olub.