Ermənistanda əsgər anaları yenidən etiraza qalxdı - VİDEO

Baxış sayı:
7366

Dinc dövrdə ölən erməni hərbi qulluqçuların anaları Baş prokurorla keçirilən görüşdən narazı qalıblar.
Muxalifet.az ordu.az-a istinadən xəbər verir ki, Ermənistan ordusunda sülh dövründə öldürülən hərbi qulluqçuların yaxınları Ermənistan Ombudsmanı Arman Tatoyan ilə görüşəcəklər. 
Ermənistan hökumətinin iclasına tələsən İnsan hüquqları müdafiəçisi Arman Tatoyan ölən əsgərlərin valideynlərindən biri, İrina Qazaryanın şikayətini qısa dinləyərək qəbuluna dəvət edib. 
Məlumata görə, qara paltarlı erməni anaları həftənin cümə günü Ermənistanın baş prokuroru Artur Davtyanla görüşüblər. Baş prokuror valideynləri dinləsə də dəqiq heç bir cavab verməyib. Əksinə Davtyan erməni hərbçilərin analarını sonadək dinləmədən, həmçinin cinayət işlərinin MTX-yə ötürülməsi tələblərini qulaqardına vuraraq görüş zalını tərk edib. 
Qeyd edək ki, dinc dövrdə Ermənistan ordusunda ölən hərbçilərlə bağlı qalmaqallı 5 cinayət işinə yenidən baxılacaq. 
Ermənistan İstintaq Komitəsi və 10 hüquq müdafiəçisi ictimai təşkilatları arasında razılaşma imzalanıb. Qara paltarlı erməni əsgər anaları bütün işlərə yenidən baxılmadığına görə narazıdırlar. İllərdir prezident və hökumət binaları qarşısında aksiyalar keçirən iki valideyn Nana Muardyan və Qohar Ohancanyanın övladlarının işləri ayrılıb. 
İrina Qazaryanın və digərlərinin övladları ilə bağlı cinayət işlərinin araşdırılması isə yeni beşliyə daxil edilməyib.