​"Ermənistan silahlı bölmələri mülki traktoru snayper atəşinə tutub" - RƏSMİ AÇIQLAMA

Baxış sayı:
9435

Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşən bölmələri tərəfindən erməni kəndinin atəşə tutulması barədə Ermənistan mətbuatının yaydığı məlumatın heç bir əsası yoxdur. Bu məlumat yalandır və dezinformasiya xarakteri daşıyır.
Bunu Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər.
Nazirliyin məlumatında bildirilir: “Eyni zamanda, bu gün səhər saatlarında Göygöl rayonu ərazisində təsərrüfat işləri görən mülki traktor Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən snayper atəşinə məruz qalıb, itki yoxdur. Cavab tədbirləri nəticəsində düşmən susdurulub”.