Ermənistan ordusunun qəssabxanası - “Mehrab”

Baxış sayı:
7282

2016-2018-ci illər ərzində Tavuş vilayətinin “Mehrab” adlanan hərbi hissəsində Armavir vilayətindən iki əsgər ardıcıl intihar edib.
 
Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 3 iyul 2016-cı ildə Arsen Mxitaryanın intihar etdiyi deyilsə də, yaxınları bunun intihar yox, qətl olduğunu iddia edirlər.
Bildirilir ki, silahda heç bir barmaq izi yoxdur, ölümə səbəb olan güllənin gilizi yoxdur. Arseni xidmət etməyə qoymadıqlarına dair şayiələr gəzir. Ölüm işində təsirləndirilən şəxslər isə yüksək rütbəli məmurlar tərəfindən himayə edilib.
2018-ci il mayın 6-da Levon Torosyan intihar edib. Erməni hərbi ekspert Ruben Martisoyanın fikrincə məhkəmə tibbi ekspertizasının da təsdiq etdiyi kimi ilk növbədə onun qurşaq nahiyəsinə zərbə endirilib, daha sonra isə odlu silah vasitəsilə öldürülüb. Meyiti sürüyərkən onun dirsək nahiyəsində də əmələ gələn sıyrıntılar olub.
Valideynlərinin məlumatına görə, yuxarı rəhbərləri “samovolkaya görə” ona təzyiq göstəriblər. Artur Mxitaryan oğlunun başına gələn hadisədən sonra “Mehrab” hərbi hissəsində baş verənlərə qarşı xüsusilə diqqətli yanaşmağa başlayıb.
O, tanışlardan Armavir vilayətindən Levon Torosyan adlı gəncin “Mehrab”da xidmət etdiyini və ona təzyiq edildiyini eşitdikdə bildirib: “O uşağa bir şey edəcəklər, dedim valideynləri ilə məni tanış edin, dedim ki, o uşağı öldürəcəklər, yaşamağa imkan verməyəcəklər, öz təcrübəmdən hiss edirəm, dedim mənim təcrübəm var”.
Bir neçə ay sonra Mxitaryan Torosyanın intihar etdiyi xəbərini eşidib. Mxitaryan şəxsən erməni əsgərinin valideynlərinin evinə gedərək mübarizə aparmaq lazım olduğunu bildirib və onlara vəkil, ekspert tapmaqda kömək edib.
“Mehrab” hərbi hisəsi nədir, haradır? Niyə valideynlər oranı biznes hərbi hissə adlandırır? Niyə orada türmə qanunlarının hökm sürdüyünü, oğrular olduğunu və qalanların isə onlara tabe olduğunu qeyd edirlər? Niyə əsgərlərə orada təzyiq edilir və valideynlər də pul göndərir?