Ermənistan öldürülən hərbçilərinin yeni siyahısını açıqladı

Baxış sayı:
1558

Ermənistan müdafiə nazirliyi Azərbaycan Ordusunun Qarabağda keçirdiyi əks-hücumu və işğal olunmuş ərazilərin azad olunması əməliyyatının nəticəsində bu gün məhv edilən erməni hərbçilərin sayını açıqlayıb.

Virtualaz.org bildirir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Məlumatda Ermənistan tərəfinin daha 40 hərbçisini itirdiyi bildirilir.

Bununla da terrorçu dövlət Azərbaycan Ordusunun ümumilikdə 280 erməni işğalçısını məhv etdiyi etiraf edib.

Müşahidəçilər isə işğalçı ordunun itkilərinin göstərilən rəqəmlərdən qat-qat çox olduğunu bildirirlər. Digər itkilər ictimaiyyətdən gizlədilir.