Ermənilər tərəfindən AzTV-nin maşını atəşə tutulub - BİR NƏFƏR ÖLÜB
14-10-2020 10:43
Baxış sayı:
1429

Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər rayonu atəşə tutulub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Azərbaycan Dövlət Televiziyasının maşını da atəşə məruz qalıb.
Nəticədə sürücü Qəmbərov Namiq Malik oğlu yaralanıb, AzTV-nin avtomobili yararsız vəziyyətə düşüb.