Erməni hərbçi maşını su anbarına aşırdı və...
24-02-2019 20:03
Baxış sayı:
1567

Ermənistanın Tavuş vilayətinin Tavuş kəndi yaxınlığındakı su anbarına avtomobil düşüb.
Muxalifet.az musavat.com-a istinadən xəbər verir ki, xilasedicilər hadisə yerinə gəlib və su anbarından VAZ 2107 markalı avtomobilinin sürücüsünün meyitini aşkarlayıblar. Onun hərbi qulluqçu olduğu məlum olub. Hazırda hərbçinin şəxsiyyətinin dəqiqləşdirilməsi istiqamətində istintaq aparılır.