Elmar Məmmədyarovla həmsədrlər arasında görüş başlayıb - FOTO

Baxış sayı:
4014

ABŞ-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb. Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayevaya xəbər verir. "Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şafer (ABŞ) arasında görüş başlayıb, - deyə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri bildirib. Qeyd edək ki, sentyabrın 23-də isə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə görüşün keçirilməsi nəzərdə tutulur.