Elçibəyin həyat yoldaşının cənazəsi Azərbaycana göndərilib - FOTOLAR

Baxış sayı:
5083

Türkiyədə vəfat edən Həlimə xanımın cənazəsi Azərbaycana göndərilib.
 
Muxalifet.az xəbər verir ki, bu barədə Mete Kaya facebook-da məlumat verib. O, Elçibəyin həyat yoldaşı Həlimə xanımın cənazəsinin hava limanından Azərbaycana yola salındığını bildirib, Türk dünyasına və mərhumun ailəsinə başsağlığı diləyib.
 
Qeyd edək ki, Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə xanım iyunun 14-də İstanbulda vəfat edib. O, bir müddətdir ki xəstəxanada müalicə olunurdu.
 
Həlimə xanım Naxçıvanın Kələki kəndində dəfn olunacaq.