Dünyanın din tarixində ilk dəfə: Qadın... - FOTO
14-05-2018 12:10
Baxış sayı:
6058

Kanadada Anqlikan kilsəsinin rəhbəri tarixdə ilk dəfə qadın olacaq.
Muxalifət.az-ın məlumatına görə, xanım Melissa Skelton Britaniya Kolumbiyası vilayətində və Yukon ərazisində kilsənin arxiyepiskopu və mitropoliti olacaq.
Bu yeni postla yanaşı, M.Skelton Nyu Uestminster şəhər yeparxiyasında yepiskop vəzifəsində çalışmaqda davam edəcək.
Qeyd edək ki, M.Skelton ABŞ-da vəkil ailəsində anadan olub. Bundan əvvəl, o, "Proctor & Gamble" və "Tom's of Maine" şirkətlərində ticarət markasının idarəçisi olub.