Dünyada turizm 6% artdı

Ümumdünya Turizm Təşkilatı “Dünya Turizm Barometri” hesabatını yayımlayıb.
Muxalifet.az xəbər verir ki, hesabatda 2018-ci ilin ilk dörd ayında dünyanın bütün regionlarında turizmlə bağlı göstəricilərin artdığı (6%) bildirilib. Ən böyük artım cənub-şərqi Asiya (10%) və cənubi Asiyada (9%) qeydə alınıb. Afrika və Yaxın Şərq ölkələri isə keçən ilin analoji dövrü ilə müqayisədə bu ilin ilk 4 ayında 6% və 4% çox turist qəbul ediblər.
Avropaya gələn turistlərin sayında isə 8% artım qeydə alınıb. Turistlər daha çox cənubi və qərbi Avropa, eləcə də Aralıq dənizi sahillərinə üz tutublar.
Cənubi və Şimali Amerikada isə artım 3% təşkil edib.
Yeganə geriləmə Karib hövzəsində qeydə alınıb. Buna əsas səbəb kimi 2017-ci ilin avqust və sentyabr aylarında baş verən qasırğalar göstərilib.