Dünyada ilk hərbi internet yaradılacaq

Baxış sayı:
3726

Almaniya və Niderland Müdafiə nazirləri dünyada ilk hərbi internetin yaradılmasına dair anlaşma imzalayıb.
“Qafqazinfo” “ZDNet”ə istinadən xəbər verir ki, layihə “Tactical Edge Networking” (TEN) adlanacaq. TEN-in ştab-mənzili Almaniyanın Koblens şəhərində, dizayn mərkəzi isə Niderlandın Amersfort şəhərində yerləşəcək.
İlkin mərhələdə TEN vasitəsilə alman ordusunun yerüstü əməliyyatları ilə Niderland Müdafiə Nazirliyinin “FOXTROT” proqramı arasında bağlantı yaradılacaq.  
TEN-in yaradılması hər iki ölkəyə bir neçə milyon avroya başa gələcək.