«DÜNYADA ƏDALƏT VAR!» – Timoşenko Saakaşvilinin qayıdışını bu cür şərh etdi

Baxış sayı:
5860

Yuliya Timoşenko Mixail Saakaşviliyə Ukrayna vətəndaşlığının qaytarılmasına reaksiya verib.

«Vesti»nin yazdığına görə, siyasətçi bəyan edib ki, Saakaşvilini Ukrayna pasportundan məhrum etmək eks-prezident Pyotr Poroşenko tərəfindən həyata keçirilmiş siyasi qisas idi. Bu barədə Timoşenko öz «Feysbuk» səhifəsində yazıb.

«O vaxt demişdim, indi də deyirəm: Mixail Saakaşvilinin Ukrayna vətəndaşlığından məhrum edilməsi Pyotr Poroşenko tərəfindən həyata keçirilən siyasi qisasdır. Haray çəkən ədalətsizlik və hüquqi nihilizm…» – Timmoşenko hesab edir.

«Batkivşina»nın lideri qeyd edib ki, ədalət uğrunda döyüşmək lazımdır: «Şadam ki, ədalət bərpa olundu və Saakaşvili yenidən Ukrayna vətəndaşıdır» – Timoşenko yazıb.