Döyülərək komaya düşən gənc xəstəxanada öldü - YENİLƏNİB
15-03-2018 12:12
Baxış sayı:
3505

Sumqayıt şəhərində döyülən 23 yaşlı oğlan komaya düşüb.
Hadisə Corat qəsəbəsində baş verib.
Belə ki, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev ötən gecə yaşadığı ərazidə naməlum şəxslərin hücumuna məruz qalıb. Möhkəm döyülən gənc xəstəxanaya aparılarkən yolda komaya düşüb.
"Report"un yerli bürosunun verdiyi məlumata görə, şəhərin Corat qəsəbə sakini, 1995-ci il təvəllüdlü İbrahim Tofiq oğlu Mirzəyev bu gün yerləşdirildiyi xəstəxanada ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb .
Muxalifet.az