Dövləti satmaq müqabilində dollar

Baxış sayı:
12706

Venesuelanın müdafiə naziri Vladimir Padrino yüzdən çox Milli Qvardiyaçılara xəyanət qarşılığında 20 min dollar vəd edildiyini deyib.
 
Padrinonun Venesuela hökumətinin internet saytından yayımlanan açıqlamasında, "Yüzdən çox qvardiyaçı saydıq. Əslində 20 min dollar almaq ümidi ilə sərhədi keçənlərin sayı o qədər də çox deyil" ifadələri yer alıb.
 
ƏSGƏR ŞƏRƏF QANUNUNA SADİQ QALIR
 
 Padrino verilən bu sözlərin həqiqət olmadığını və xəyanət edənlərin ölkənin silahlı qüvvələrinin döyüş qabiliyyətinə təsir etməyəcəklərini bildirərək,"Digər tərəfə keçənlər aldadılmış gənc insanlardır və bu bizim üçün bir fəlakət deyil. Bizlər üçün onlar heç bir zaman əsgər olmadı. Əsgər heç vaxt pullu əsgər ola bilməz. Əsgər şərəf qanununa bağlı qalar" deyib.
Qeyd edək ki, daha əvvəl Kolumbiya Miqrasiya Bürosunun sədri Kristian Kruger Sarmiento Venesuela ordusundan ayrılan əsgər sayının 320 olduğunu, Venesuelanın “Analitika” portalı da bu rəqəmin 567-yə çatdığını bildirmişdi. Venesuelanın BMT nümayəndəsi Samuel Monkada bu rəqəmləri cəfəng kimi səciyyələndirib.
Müxalifət.az