“Diz çökən” Bərzanidən İLK AÇIQLAMA GƏLDİ

Keçmiş IKBY başçısı Məsud Bərzani, Ərbil və Süleymaniyədəki havalimanlarının xarici uçuşlara açılmasının "yaxşı bir addım" olduğunu söyləyib.
Keçmiş İraq Kürd Regional Rəhbərliyinin (IKBY) sədri Məsud Bərzani, İraq mərkəzi hökumətinin IKBY-dəki havalimanlarına tətbiq olunan xarici uçuş qadağasını qaldırmasını "yaxşı bir addım" olaraq qiymətləndirib.
Rəsmi Twitter hesabından etdiyi açıqlamada Bərzani, IKBY-dəki havalimanlarının xarici uçuşlara açılmasının problemlərin həlli mövzusunda yaxşı bir başlanğıc olduğunu, ancaq ərbil ilə Bağdad arasındakı böhranın yalnız büdcə və havalimanlarından ibarət olmadığını ifadə edib.
Bərzani İraq mərkəzi hökumətinin və İKBY-nin siyasi, milli, tarixi, konstitusiya, humanitar və iqtisadi problemlərinin olduğunu söyləyib.
Qeyd edək ki, İraq baş naziri Heydər əl-İbadi, dünən etdiyi açıqlamada, Ərbil və Süleymaniyədəki havalimanlarına 29 sentyabr 2017-ci ildən etibarən tətbiq olunan xarici uçuş qadağasının qaldırıldığını ifadə etmişdi.
Müxalifət.az