DİN Babək prospektindəki hadisə ilə bağlı məlumat yaydı

Baxış sayı:
9109

Daxili İşlər Nazirliyi Bakıda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb. Muxalifet.az nazirliyə istinadən xəbər verir ki, avqustun 19-da saat 16 radələrində Nizami rayonunun Babək prospektində Bakı şəhər sakini M.Nağıyev idarə etdiyi “Volkswagen” markalı avtomobillə yolu keçən paytaxt sakini Abbas Vəliyevi vurub. Nəticədə piyada hadisə yerində ölüb. Nizami RPİ tərəfindən araşdırma aparılır.