Diasporla İş üzrə Dövlət Komitəsindən yeni infoqrafik VİDEOÇARX

Baxış sayı:
2788

Diasporla İş üzrə Dövlət Komitəsi yeni infoqrafik videoçarx hazırlayıb

Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsindən verilən məlumata görə, infoqrafik videoçarxda Komitənin əsas fəaliyyət istiqamətləri, diasporun mahiyyəti və tərkibi, eləcə də diaspor siyasətinin başlıca istiqamətləri öz əksini tapıb.

Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan soydaşlarımızla bağlı dövlət siyasətini həyata keçirən mərkəzi icra qurumudur. Xaricdə yaşayan soydaşlarımıza dəstək, soydaşlarımızın milli mənsubiyyətinin qorunması, Qarabağ həqiqətlərinin dünyada təbliği, dünya azərbaycanlılarının vahid milli maraqlar ətrafında birləşdirilməsi Dövlət Komitəsinin əsas hədəflərinə daxildir.