Dəhşətli yol qəzası: MAŞINDA YANARAQ ÖLDÜLƏR - Video
21-06-2018 14:36
Baxış sayı:
4012

Rusiyanın paytaxtı Moskvada dəhşətli qəza baş verib.
Muxalifət.az teleqraf.com-a istinadən xəbər verir ki, Kutuzov prospekti ilə hərkət edən “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə qarşı tərəfə keçərək mikroavtobus və daha iki maşınla toqquşub. Zərbənin gücündən “Mercedes” yanmağa başlayıb. Qəza zamanı 4 nəfər həlak olub. Onlardan ikisi yanaraq ölüb. Daha 2 nəfər isə xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.