Dəhşətli qəzada ölənlərin adları məlum oldu - YENİLƏNİB

Baxış sayı:
4979

Fövqəladə Hallar Nazirliyi Qobustanda baş verən qəza ilə bağlı rəsmi məlumat yayıb.
Muxalifet.az nazirliyin rəsmi səhifəsinə istinadən xəbər verir ki, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qobustan rayonu ərazisində “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1986-cı il təvəllüdlü Hetayev Nurəddin Hacı oğlu və 1968-ci il təvəllüdlü Papahov Paşa Şahmar oğlunun meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.