Deputatın bacısı oğlu vəzifədən AZAD EDİLDİ

Baxış sayı:
9052

"Azəriqaz" İstehsalat Birliyində struktur və kadr dəyişikliyi baş verib. Bu barədə Neftçilərin Hüquqları Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib. Onun sözlərinə görə, "Azəriqaz" İB-də Baş direktorun innovasiyaların tətbiqi üzrə müavini vəzifəsi ixtisara salınıb: "Bununla da həmin müavin postunda 10 ildən çoxdur işləyən Fikrət Sucayev də vəzifədən çıxarılıb". Xatırladaq ki, Fikrət Sucayev YAP Xətai rayon təşkilatının sədri, deputat Hüseynbala Mirələmovun bacısı oğludur. (mia.az)