Deputat parlamentdə sevgilisinə evlilik təklifi etdi - VİDEO

Baxış sayı:
5416

İtaliya parlamentində maraqlı anlar yaşanıb.

"Qafqazinfo" xəbər verir ki, millət vəkili Flavio Di Muro çıxışı zamanı sevgilisi Elisa adlı qıza evlənmə təklifi edib. Bu zaman onun sevgilisi ziyarətçilər sırasında əyləşib.

Həmkarları Flavionu alqışlasa da, spiker Roberto Fiko narazılığını bildirib. O, parlamentdə çıxışdan bu məqsədlə istifadə etməyi doğru hesab etməyib.

Qeyd edək ki, Flavio Di Muro ölkədə baş vermiş zəlzələnin fəsadlarının aradan qaldırılması məsələsinin müzakirəsi zamanı sevgilisinə evlənmə təklifi edib. Onun bu cür davranışı İtaliyada bəziləri tərəfindən xoş qarşılanmayıb.