“Dekabrın 10 günü evdə olmamışam, necə ola bilər ki, mənim sayğacım 180 AZN pul yazıb?!” – 71 YAŞLI QADIN “AZƏRQAZ”DAN ŞİKAYƏTÇİDİR…

Baxış sayı:
8869

Bakı şəhəri, Kürdəxanı kəndi, Məhəmmədi sovxozunda yaşayan Həsənova Firuzə Həsən qızı tərəfindən redaksiyamıza şikayət məktubu daxil olub.
Şikayətçi “Azərqaz”ın onun evinə quraşdırdığı sayğacın düzgün işləmədiyini iddia edir:
“Mən, Həsənova Firuzə Həsən qızı, dəfələrlə “Azərqaz” əməkdaşlarına şikayət etsəm də, mənim şikayətimə baxılmır.  71 yaşım var. Dəfələrlə deyirəm ki, mən tək yaşayıram, bir ay üçün 2 otaq evə 150-180 AZN qaz pulu gələ bilməz. Adam gətirin sayğaca baxsın desəm də, heç bir fayda yoxdur.
271 AZN pensiya alıram. Bu ayın, yəni dekabrın 10 günü evdə olmamışam, necə ola bilər ki, bu ay mənim sayğacım 180 AZN pul yazıb?! Sizlərdən xahiş edirəm, mənim şikayətimi işıqlandırın”.
Qeyd edək ki, məlum şikayətlə bağlı “Azərqaz”la əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmadı. Mövzunu diqqətdə saxlayacağıq.