Damla Sönmez "Çukur" serialına çəkiləcək - FOTO

Baxış sayı:
13689

Hər zaman reytinqlərdə birinci olan "Çukur" yeni mövsümdə məşhur aktyorları transfer edib. Bu dəfə ekran işinə aktrisa Damla Sönmez də daxil olub. O, Baykalın qızı Efsun obrazını oynayacaq. Ötən mövsüm hər bölümü ilə tamaşaçıları ekrana bağlayan və möhtəşəm final yayımlayan serial bu dəfə də iddialıdır. "Çukur"un yaradıcıları heyətə daxil edilən yeni aktyorların adını hələ tam açıqlamadıqlarını bildirib. Serialın baş rol ifaçısı Aras Bulut İynemli sosial şəbəkədə paylaşım edərək, artıq çəkilişlərin başladığını vurğulayıb.