Daha bir sərsəm erməni BƏYANATI: Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayıb

Baxış sayı:
16372

Erməni parlamentinin dekabrın 1-də Dağlıq Qarabağı Ermənistana birləşdimək barədə qərarının 30-cu ildönümü münasibətilə Xankəndində keçirilən konfransda qondarma “DQR”in qondarma xarici işlər naziri Masis Mayilyan belə deyib: “Bu müzakirə ciddi geosiyasi dəyişikliklər və “Azərbaycan-Qarabağ” münaqişəsinin tənzimlənməsi ətrafında yeni çağırışlar kontekstində baş verir. Muxalifet.az bu barədə "lragir.am" saytına istinadla bildirir. 1988-ci ildə dirçələn və bütün ermənilərin milli oyanışına səbəb olan Qarabağdakı azadlıq hərəkatından bəri asan günlər görmədik, addım-addım 1988-ci ildə elan olunan hədəflərə və əsrlər boyu bəslədiyimiz arzulara yaxınlaşdıq. Bütün bu müddət ərzində dəfələrlə mövqeyimizi bildirdik - Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmamışdı, xüsusən də heç vaxt Azərbaycana aid olmamışdı. Ermənistan ərazisinin Sovet Azərbaycanının bir hissəsi olaraq qısamüddətli zamanda muxtar formada qalması Azərbaycanın qondarma “Dağlıq Qarabağ Respublikası”na qarşı ərazi iddiaları üçün əsas deyil. Qarabağdakı erməni xalqının sarsılmaz suverenliyi Azərbaycanın dünyanın siyasi xəritəsində görünməsindən xeyli əvvəl qurulmuşdu və ora min illərlə öz vətənlərində yaşayan və erməni dünyasının ayrılmaz bir hissəsidir. Ermənistan dedikdə ortaq gələcəyi olan bir ölkə və iki dövlət nəzərdə tutulur. Əminəm ki, Azərbaycan hakimiyyəti nəticədə bölgədə var olan siyasi reallıqları tanımağa məcbur olacaq və bu, Cənubi Qafqazda sülhü təmin edəcək. Qarabağ hərəkatının qələbələrini birləşdirmək üçün bütün ermənilərin intellektual potensialını cəlb etmək lazımdır. Ümid edirəm ki, bugünkü tədbir buna yönəlmişdir ” Masis Mayilyan dedi. Bunlar qondarma respublikanın qondarma nazirinin "sərsəm bəyanatlar silsiləsi"ndən növbəti seriya idi və bu sözlərlə keçən həftə ərzində Azərbaycan və erməni jurnalistlərin qarşılıqlı mübadiləsi layihəsində Qarabağa, Ermənistana və Azərbaycana səfəri çərçivəsində “qarşılıqlı etimad şəraitinin“ yaradılması cəhdlərini müqayisə etsək, ortada “nonsense” yaranır. Bu səfər gözdən pərdə asmaq üçünmü tərtib olunnmuşdu? Elədirsə, “məqsəd” nə idi? Azərbaycan ictimaiyyətinin gözündən pərdə asmaq idimi? Deyilənlərdən belə çıxırmı ki, bu Azərbaycanı “əldəqayırma və ərköyün” qurumla razılaşmağa məcbur etmək cəhdidir? Bir yandan Zatulinin bəyanatları, bir yandan Rusiyanın xarici işlər naziri Tiflis ermənisi Lavrovun Azərbaycan dövlətini saya salmayaraq qondarma, nə olduğu başa düşülməyən “Dağlıq Qarabağ xalqını” danışıq tərəfi kimi masaya gətirmək bəyanatları, Xankəndindəki qondarma qurumun vaxtaşırı Azəbaycanın tərkibinə qayıda bilməyəcəklərini tirajlaması dövlətimizi kapitulyasiyaya sürükləmək və “işğalla- ərazilərinin itirilməsi ilə” de-fakto razılaşmağa məcbur etmək səyləri deyil də, bəs nədir? Azərbaycan dövləti onların nazı ilə oynamamalı, qəti mövqeyini ortaya qoymalıdır. Muxalifet.az