Daha bir şirkət Bakını TƏRK EDİR

İsveçrənin yuyucu vasitələr istehsalçısı “Golgate-Palmolive” şirkəti Azərbaycan bazarını tərk edir. 
Muxalifət.az Report.az-a istinadən xəbər verir ki, şirkətin Türkiyədəki törəməsi – “Golgate-Palmolive Temizlik Ürünləri Sanayi və Ticaret Anonim” şirkətinin Azərbaycandakı nümayəndəliyi sentyabrın 15-dən ləğv olunduğunu elan edib. Kreditorlar tələblərini Bakı şəhəri, Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi, 44 ünvanına bildirə bilərlər.