Daha bir ölkə Moskvanı günahlandırdı - VİRUS

Baxış sayı:
2395

Kanada “NotPetya” virusunun inkişaf etdirilməsində Rusiyanı günahlandırıb.
Muxalifət.az xəbər verir ki, bu ittiham Kanada hökumətinin saytında dərc olunub:
"Kanadanın bir çox müttəfiqi və tərəfdaşları “NotPetya” proqramı ilə bağlı açıqlamalar veriblər. Rabitə Təhlükəsizliyi Mərkəzinin məlumatına görə, “NotPetya”nın inkişafı üçün Rusiyadakı şəxslər məsuliyyət daşıyır".
Qeyd edək ki, bundan əvvəl Böyük Britaniya Rusiya hökumətini 2017-ci ildə “NotPetya” virusundan istifadə edərək kiber hücumlar həyata keçirməkdə günahlandırıb.