Çırpasın seçki gözləntisi doğrulmadı: Erkən seçkilərə gediləcək

Baxış sayı:
8695

Yunanıstanın baş naziri Aleksis Çipras partiyasının Avropa Parlamenti seçkilərində ana müxalifətə əhəmiyyətli fərqlə məğlub olmasından sonra erkən seçkiyə gediləcəyini açıqlayıb.
 
Çipras partiyasının Baş ofisində etdiyi çıxışında AP və yerli seçkiləri qiymətləndirib.
Seçki nəticələrinin gözləntilərini doğrultmadığını ifadə edən Çipras, "Nəticələri göz ardı etmək mənə uyğun bir davranış deyil" deyib.
Çipras mübarizədən heç bir zaman qaçmayacağını dilə gətirərək "Yerli seçkilərin ikinci dövründən sonra prezidentdən erkən seçki elan etməsini istəyəcəyəm" deyə söyləyib.
Oktyabrda planlanan seçkilərin iyun ayının sonunda reallaşdırılması gözlənilir.
Müxalifət.az