Çin F-35 və F-22 döyüş təyyarələrinin gizli məlumatlarını ələ keçirdi

Baxış sayı:
8467

ABŞ-ın hərbi xəbər saytı “National Interest”-də gedən bir məqaləyə görə, Çin F-35 və F-22 döyüş təyyarələrinin gizli məlumatlarını ələ keçirib.
 
“NI” qrupu Rusiya və Çinin ABŞ-dan məlumat oğurlaya biləcək və ya Amerikan infrastrukturuna hücum edə biləcək imkanının olduğunu, F-22 Raptor, F-35 və V-22 Osprey də daxil olmaqla, ABŞ-ın ən inkişaf etmiş hərbi təhcizatlarından bəziləri haqqında gizli məlumatların siber hücumla oğurlandığını ifadə edib.
“NI”-də yer alan məqalə iddialarını 11 may 2017-də ABŞ Milli Kəşfiyyatının direktoru Daniel Coats tərəfindən açıqlanan "Dünya səviyyəsində Təhdid Qiymətləndirməsi" hesabatına söykəyir.
Hesabatda, Coats Moskvanın olduqca inkişaf etmiş bir siber hücum proqramını və son illərdə Kremlin bu mövzuda daha aqressiv bir mövqe sərgilədiyini söyləmişdi. Təhdidin Kremlin siber qabiliyyətləri inkişaf etdikcə artacağını ifadə edən Coats, Pekinin də ABŞ və müttəfiqlərindəki siber casusluq şirkətlərini hədəf almağa aktiv olaraq davam etdiklərini düşündüklərini vurğulamışdı.
 
"MƏLUMATLAR ÇOXDAN ALINDI"
 
Coatsın hesabatına görə, Pekin F-22 və F-35 kimi inkişaf etmiş ABŞ silah sistemləri haqqında texniki məlumatları çoxdan toplayıb. Coast hesabatda, ayrıca "Düşmənlər müdafiə sənayesi və ticari işlətmələrin elmi, texniki və ticari məlumatları əldə etmək üçün ABŞ hərbi və ticari üstünlüklərini baltalamaq üçün siber əməliyyatlarını istifadə etməyə davam edəcəklər" deyir.
Hesabata görə, Çin tərəfindən əldə edilən məlumatlara nümunə olaraq F-35 ovçu təyyarəsi, F-22 Raptor döyüş təyyarəsi və MV-22 Osprey ilə əlaqədar məlumatlar var. Coatsa görə, bu vəziyyət "ABŞ-ın hərbi, texnoloji və ticari üstünlüyünü baltalayır".
“NI” saytına görə isə bu vəziyyət çoxdan təsirini göstərməyə başlayıb. Chengdu J-20 və Shenyag J-31 kimi inkişaf etmiş Çin silah sistemlərinin arxasındakı texnologiya Çinin ABŞ-dan siber hücumlarla ələ keçərdiyi məlumatlardan meydana gəlir və ABŞ ciddi tədbirlər almazsa, vəziyyətin daha da pisləşməsi gözlənilir.
Müxalifət.az