Çin ABŞ-a qarşı dələduzluq edir, Tramp isə... – SENATOR
9-07-2018 12:40
Baxış sayı:
5674

Çin Şimali Koreya ilə ABŞ arasındakı danışıqlara mane olmaq istəyir.
Muxalifət.az xəbər verir ki, bunu “Foks Nyus”a müsahibəsində ABŞ senatoru Lindsi Qrem deyib.
“Bütün bunların arxasında Çin dayanır. Biz Çinlə mübarizə aparırıq. Çinin Şimali Koreyanı ABŞ-dan uzaqlaşdırmaqla bağlı iş gördüyünə şübhəm yoxdur. Pekin beləliklə, Vaşinqtona ticarət müharibəsində təzyiqlər etmək istəyir.
Trampın yerinə olsaydım, Çinə ABŞ-ı ticarət müharibəsindən yayındırmaq üçün Şimali Koreyadan istifadəsinə imkan verməzdim. Bizim patronlarımız onlardan daha çoxdur. Biz Çindən 500 milyard dollarlıq mal alırıq, onlar isə bizdən 100 milyardlıq. Onlar dələduzluq edirlər və Tramp isə buna mane olmaq istəyir”, – deyə o bildirib.