CHP, HDP və İP-dən ANKARADA GIZLI TOPLANTI IDDIASI

Twitter fenomeni Kuşçubaşı Əşrəf, diqqət çəkən bir iddia ilə çıxış edib. Əşrəf, dünən gecə CHP, HDP və İP başqanlarının nümayəndələrinin ABŞ və Almaniya səfirliklərində çalışan şəxslərin iştirakı ilə içkili bir toplantı keçirdiyini bildirib.
İfşaedici məlumatları ilə fenomen olan Twitter hesabı Kuşçubaşı Əşrəf, yenə çox danışılacaq bir iddia ortaya atıb. Əşrəf dünən gecə Ankarada CHP, HDP və İP başçılarının nümayəndələrinin ABŞ və Almaniya səfirliklərində çalışan 4 nəfərin iştirakı ilə xüsusi yeməkli və içkili bir tədbir keçirdiyini idddia edib.
İCLASDA NƏLƏR DANIŞILIB?
Əşrəfin iddiasına görə, gizli toplantıda 24 iyun seçki günü və sonra nələr ediləcəyi danışılıb. Dolların seçki öncəsi 5 TL, seçkidə 2-ci tur olduğu təqdirdə isə 5,5 TL-yə çıxarılması üçün lazım olan əməliyyatların başlanıldığını bildirən Əşrəf, toplantıda prezident Ərdoğanın seçkidən sonra mühakimə olunması və həbsxanada məhbus olan PKK terrorçusu Selahattin Demirtaşın prezidentin müavini olması məsələsinin müzakirə olunduğunu söyləyib.
Müxalifət.az