Çexiya nə miqrantları istəyir, nə də onlara kompensasiya ödəməyi

Baxış sayı:
3730

İstefada olan Çexiya hökumətinin sədri Andrey Babiş öz ərazisində miqrant qəbul etməkdən boyun qaçıran ölkələrin üzərinə Avropa İttifaqının digər ölkələrinin xeyrinə kompensasiya ödəmək öhdəliyi qoyan sistemin Aİ-də tətbiq olunması layihəsi ilə razılaşmadığını bildirib.
Azərtac xəbər verir ki, bu layihə barədə ilk dəfə “Frankfurter Allgemeine Sonntagszeitung” qəzetinə müsahibəsində AFR Kansleri Angela Merkel məlumat verib. Eyni zamanda o işarə edib ki, miqrasiya siyasəti barədə müqaviləni zorla qəbul etdirmək istəmir və Aİ-nin bütün üzvləri üçün məqbul qərar tapılacağına ümid bəsləyir.
A.Babişin fikrincə, Avropa İttifaqı ilk növbədə miqrant axınının qarşısını almalıdır, özü də bunu Avropa qitəsi ərazisinə miqrantların ayağı dəyməmişdən əvvəl etməlidir.