​CAR İsraillə müharibə ELAN EDİR? - GÖZLƏNİLMƏZ ADDIM

Baxış sayı:
7981

Fələstinlilərə qarşı hücumlarla bağlı İsraillə diplomatik münasibətlərimizi minimum səviyyəyə endirəcəyik.
Muxalifet.az xəbər verir ki, bunu Cənubi Afrika Respublikasının Prezidenti Kril Ramafosa deyib. O, bununla bağlı konkret qərar qəbul ediləcəyini söyləyib:
“Cənubi Afrika Respublikası İsraillə diplomatik münasibətlərini aşağı səviyyədə saxlamağa davam edəcək və Nazirlər Kabinetində verilən qərarla bunu dəqiqləşdirəcək. Fələstin dövləti üçün açıq dəstəyimizi göstəririk, bununla yanaşı İsrail dövlətinin sülh və inam içərisində qonşuları ilə yaşamaq haqqını müdafiə edirik”.
Qeyd edək ki, bundan əvvəl Cənubi Afrika Respublikası fələstinlilərə qarşı hücumlara görə Təl-Əviv şəhərindəki səfrini geri çağırmışdı.