Can Dündar İnterpol xətti ilə beynəlxalq AXTARIŞA VERİLDİ
28-09-2017 18:49

Almaniya hökumətindən həmçinin jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub
Türkiyənin "Cümhuriyyət" qəzetinin baş redaktoru Can Dündar İnterpol xətti ilə beynəlxalq axtarışa verilib.
Almaniya hökumətindən həmçinin jurnalistin Türkiyəyə təhvil verilməsi tələb olunub.
Qeyd edək ki, bundan əvvəl Diyarbakır Prokurorluğu Can Dündar barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarıb. O, PKK terror təşkilatının təbliğatını aparmaqda ittiham olunur.