"Bunu Türkiyənin bilməsini istəyirik" - Əsəd rejimindən Türkiyəyə təhdid

Baxış sayı:
5068

Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad Türkiyənin dəstəklədiyi ASO əsgərlərinin yerləşdiyi torpaqları geri alacaqlarını açıqlayıb.
 
Faysal Mikdad "Türkiyənin dəstəyini alan ASO əsgərlərinin Suriya torpaqlarının bir qismini əllərində tutması bizim üçün qəbul edilməzdir. Türkiyə Suriya ordusunun hər qarış torpağı geri alacağını bilsin" deyib.
Livanda yayımlanan “Əl Mayın” televiziyasına danışan Suriya Xarici İşlər nazirinin müavini Faysal Mikdad Türkiyənin Suriyadakı varlığına dair açıqlama verib.
İdlibin ASO əsgərlərinin nəzarətində qalmağa davam etməsinə icazə verməyəcəklərini deyən Faysal Mikdad, bu torpaqları geri qaytaracaqlarını və bunu Türkiyənin bilməsini istəyib.
 
HAMISINI GERİ ALACAĞIQ
 
Hölümət qüvvələrinin Suriya torpaqlarının hər santimetrini yenidən nəzarəti altına alacağını bildirən Mikdad, “Türkiyə Suriya hökumətinin və ordusunun hər qarış torpağı döyüşərək geri almaq məsələsində tam qərarlı olduğunu bilsin”, - deyib.

Müxalifət.az