​Bunu deməyə niyə qorxuruq? - Ərdoğan

Baxış sayı:
4594

Dünyada yeni dəyişikliklər prosesi baş verir. Hazırda II Dünya Müharibəsi şərtləri ilə yaşamırıq.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan seneqallı həmkarı Sall ilə görüşü zamanı deyib.
“Bu, ağrılı prosesdir. Dünya çox dəyişdi. Şərtlərin də dəyişməsi gərəkdir. Türkiyə və Seneqal da BMT-də daimi üzv olmalıdır. Bunu səsləndirməkdən nə üçün qorxuruq ki? Dünya 5 ölkədən ibarətdir? Nə üçün biz orada yer almırıq? Təəssüf ki, heç kim danışmır. Qüds məsələsində dünya öz mövqeyini ortaya qoydu. ABŞ-ın yanında sadəcə 7 ölkə oldu”, - dövlət başçısı bildirib.